Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 15 yeni domen verilib.
NUHÇIXAN-ın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 35 % azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 71 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 36 % azdır.
2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb.