Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 34 %-dən çox artıb

A- A A+

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 49 milyon 73 min 300 manat vəsait yönəldilib.

Bu barədə NUHÇIXAN-a Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, bir il öncəki göstəricidən 34,5 % çoxdur.

Məlumata görə, əsas kapitala vəsait qoyuluşunun 31 milyon 917 min manatı və ya 65 %-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5 % çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: