Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 162 milyon 315 min 900 manatlıq sənaye məhsulu istehsal edilib.
Bu barədə NUHÇIXAN-a Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövründəki göstəricidən 6 % azdır.
Sənaye məhsulunun 130 milyon 808 min 100 manatı və ya 80,6 %-i malların, 31 milyon 507 min 800 manatı və ya 19,4 %-i isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 0,2 %-i mədənçıxarma, 76,7 %-i emal, 20,9 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,2 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.