Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 39 milyon 825 min 70 ABŞ dolları təşkil edib.
Bu barədə NUHÇIXAN-a Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 14,8 % artıb.
Bu dövr ərzində muxtar respublikanın ticarət dövriyyəsinin 3 milyon 331 min 800 ABŞ dollarını və ya 8,4 %-ini ixrac olunmuş məhsulların, 36 milyon 493 min 270 ABŞ dollarını və ya 91,6 %-ini isə idxal məhsullarının dəyəri təşkil edib.
Dövr ərzində ötən ilin 4 ayı ilə müqayisədə müvafiq olaraq ixrac 3,3 %, idxal isə 15,9 % artıb.