Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 447 milyon 129 min 500 manat təşkil edib.
Bu barədə NUHÇIXAN-a Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 % çoxdur.
Ticarət şəbəkəsində 230 milyon 718 min 800 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 216 milyon 410 min 700 manatlıq qeyri-qida məhsulları satılıb.