Azərbaycan yüksək texnologiyaların ixracına görə Avropada ikincidir

A- A A+

Yüksək texnologiyaların ixracında ən böyük artım göstərən Avropa ölkələrinin siyahısı hazırlanıb.

NUHÇIXAN xəbər verir ki, Britaniyanın “London Loves Business” nəşrinin hazırladığı siyahıda Azərbaycan orta hesabla 41,1 faizlik illik artım tempi ilə ikinci sırada qərarlaşıb. Belə ki, 2016-cı ildə Azərbaycanda yüksək texnologiyaların ixracının dəyəri 9 milyon 132 min 464 dollar təşkil edib. Ölkəmizin 2016-cı ildəki ixracının 49,9 faizi Avropa, 46,4 faizi isə Asiya ölkələrinin payına düşüb.

“World Factbook” Mərkəzi Kəşfiyyat Agentliyinin məlumatına görə, Azərbaycanın ixrac etdiyi məhsul və xidmətlər ölkənin ümumi istehsalının 45,9 faizinə bərabərdir.

Bildirilir ki, elm və texnologiya Azərbaycanda dövlət siyasətinin əsas sahələrindən biridir. Azərbaycan Milli Elmlər Akademiyası bu sahədə dövlət siyasətini həyata keçirməklə elm və texnologiya üzrə fəaliyyət göstərən qurumdur.

Qeyd edək ki, nəşr bu araşdırmanı Dünya Bankının yüksək texnologiyaların ixracına dair 10 illik məlumatlarını təhlil edərək hazırlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: