Səlahiyyətli nümayəndə: Naxçıvanda 2022-ci ildə yerli gəlirlər büdcənin 31,78 faizini təşkil edirdisə, 2024-cü ilin sonuna bu göstərici 58,55 faizə yüksəlib

A- A A+

Jurnalistika obyektivlik, qərərsizlik və professionallıq tələb edir. Mən də Naxçıvanda həyata keçirilən çoxsaylı islahatları, sizin peşə vərdişlərinizə ən uyğun formada - qısa vaxtda çatdırmağa çalışacağam. İlk olaraq Prezident İlham Əliyevin xüsusi diqqəti ilə hazırlanan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nı qeyd etmək lazımdır. Bu proqram islahatların yol xəritəsi rolunu oynayır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri" konfransı- "Mediafest-2025"-də çıxışı zamanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

Səlahiyyətli nümayəndə qeyd edib ki, 2022-ci ilin icra göstəricilərinə nisbətən dotasiya istisna olmaqla büdcə daxilolmaları 2024-cü ildə 32 faiz artıb ki, bu da 198 milyon manata qarşı 262 milyon manat olub. Azərbaycan Respublikasının dövlət büdcəsindən muxtar respublikaya ayrılan dotasiya da mərhələli şəkildə azaldılıb. 2022-ci ilin göstəricilərinə nisbətən mərkəzi büdcədən ayrılmış dotasiyanın həcmi 425 milyon manatdan 185 milyon manata enib. Bu, 56 faiz azalma deməkdir. O cümlədən 107 milyon manat mərkəzi büdcəyə ötürülüb. Bununla da, cəmi iki il ərzində Naxçıvana ayrılan dotasiya azalıb ki, bu da ölkə büdcəsinə olan yükü əhəmiyyətli dərəcədə yüngülləşdirib.

"Yerli gəlirlərdə də ciddi artım müşahidə olunub. Əgər 2022-ci ildə yerli gəlirlər büdcənin 31,78 faizini təşkil edirdisə, 2024-cü ilin sonuna bu göstərici 58,55 faizeə yüksəlib. 2024-cü ilin və 2025-ci ilin 4 ayında büdcə daxilolmaları (dotasiya istisna olmaqla) plana nisbətdə müvafiq olaraq 37 faiz və 30 faiz çox icra edilib. Büdcə xərcləri plana nisbətdə 2024-cü ildə 88 faiz, cari ilin 4 ayında 87 faiz icra edilib"- deyə səlahiyyətli nümayəndə əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: