Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan elektrik interkonneksiya xətti ilə bağlı layihə hazırlanacaq
Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında yeni elektrik interkonneksiya xətti layihəsinin tezliklə hazırlanması nəzərdə tutulur.
NUHÇIXAN "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Bakı Enerji Həftəsi" iştirakçılarına müraciətində qeyd olunub.
Bildirilib ki, Türkiyə-Naxçıvan və Türkiyə-Gürcüstan interkonneksiya tutumlarının yüksəldilməsinə ehtiyac var:
"Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında yeni bir elektrik interkonneksiya xəttinin qurulması məqsədilə "Yaşıl enerjinin ötürülməsi və ticarətinə dair əməkdaşlıq haqqında yeni anlaşma memorandumu imzaladıq. Bölgəmizin enerji təhlükəsizliyi və rifahı baxımından digər bir tarixi addımı təşkil edən bu layihəni ən qısa vaxtda tamamlamağı hədəfləyirik".
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə və Azərbaycan arasında təbii qaz sahəsində yeni layihələr üçün böyük bir potensial olduğunu vurğulayaraq qeyd edib ki, uzun illərdir həm Türkiyəyə, həm də Avropaya əhəmiyyətli həcmlərdə qaz tədarük edən Azərbaycanın dünya enerji bazarındakı strateji rolu çox böyükdür:
"Qarşıdakı dövrdə Türkmənistan qazının bütün tərəflərin xeyrinə olacaq şəkildə Azərbaycan və Türkiyə üzərindən ixracı xüsusunda əməkdaşlığımızı inkişaf etdirməyimiz üçün mühüm bir fürsət var. Bu layihə həm tədarük yollarının çeşidləndirilməsinə, həm də regional rifaha töhfə verəcək".