NUHÇIXAN-ın məlumatına görə, bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 96 milyon manat vergi daxil olub.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 22,6 % çoxdur.
Hesabat dövründə ödənilən vergilərin 66,8 %-i qeyri-dövlət sektorunun, 33,2 %-i isə dövlət sektorunun payına düşüb.
Qeyri-dövlət sektorundan daxilolmalar 64,1 milyon manat təşkil edib. 2024-cü ilin 5 ayına nisbətən bu sektordan vergi daxilolmaları 13,6 milyon manat və yaxud 26,9 % çox olub.