Azərbaycan və Avropa Komissiyası iyunun 13-də enerji dialoqunun üçüncü raundunu keçirəcək

A- A A+

İyunun 13-də Azərbaycan və Avropa Komissiyası arasında yüksək səviyyəli enerji dialoqunun üçüncü raundu Brüsseldə keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Avropa KİV-inə müsahibəsində bildirib.

O qeyd edib ki, görüş 2022-ci ildə Azərbaycan və Aİ arasında imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində keçirilir: "Danışıqlarda Azərbaycan tərəfini energetika naziri Pərviz Şahbazov, Avropa Komissiyasını isə Aİ-nin enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen təmsil edəcək".

Nazir müavini 2022-ci ildə imzalanmış memorandumun Avropaya qaz tədarükünün ikiqat artırılmasını, həmçinin “yaşıl enerji” sahəsində qarşılıqlı əlaqəni, metan emissiyalarının azaldılmasını və s. nəzərdə tutan hərtərəfli sənəd olduğunu xatırladıb.

O.Zeynalov qeyd edib ki, Azərbaycan təbii qazı artan Avropa sənayesini, xüsusilə Cənub-Şərqi Avropada dəstəkləyə bilər: “O, enerji keçidi və enerji balansının ən vacib elementidir”.

Nazir müavini Azərbaycanın 2024-cü ildə Avropaya 12,9 milyard kubmetr qaz ixrac etdiyini xatırladıb: “Azərbaycan qazının ixracı hazırda 10 Avropa ölkəsi də daxil olmaqla 12 ölkəyə, həmçinin Gürcüstan və Türkiyəyə həyata keçirilir”.

O bildirib ki, həcmlər tədricən artırılır: “Eyni zamanda, ümumi qaz ixracımızın 50 %-dən çoxu Avropaya həyata keçirilir. Boru kəməri qazının tədarükü baxımından Azərbaycan tədarük coğrafiyasına görə dünyanın aparıcı ölkələrindən biridir. Lakin biz yeni qaz yataqları baxımından daha çox tədarük etməyə hazırıq”.

Nazir müavini qeyd edib ki, hazırda Azərbaycandan təbii qaz istəyən 14 ölkə var - bu artıq tədarük edilmiş həcmlərdən əlavə 14 milyard kubmetr deməkdir.

Onun sözlərinə görə, tədarük üçün ilk resurs Azərbaycanın öz təbii qaz ehtiyatlarıdır: “Lakin gələcəkdə "əgər Xəzərin o biri tərəfindən qərar qəbul edilərsə", Türkmənistan qazı da daxil olmaqla tranzit variantları mümkündür”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: