İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydaları dəyişir

A- A A+

İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydalarında dəyişiklik edilir.

NUHÇIXAN xəbər verir ki, bu məsələ parlamentin iyunun 21-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Qiymətli kağızlar bazarı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanuna əsasən, bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri yaradılarkən Mərkəzi Bank həmin səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışını bu Qanunun 2-ci fəslinin müddəaları tətbiq edilmədən (bu Qanunun 6.3.1-ci və 6.3.3-cü maddələrində göstərilən sənədlərin təqdim edilməsi istisna olmaqla) dövlət qeydiyyatına alır və onlar yerləşdirilmiş hesab edilir.

Dəyişikliyə görə, bu maddə həmin səhmdar cəmiyyətlərinin səhmlərinin növbəti buraxılışlarına (həmin səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallar istisna olmaqla) şamil edilmir. Səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallarda səhm buraxılışı bu Qanunun 6.3.1-ci, 6.3.2-ci (bu Qanunun 4.3.6-cı, 4.3.7-ci və 4.3.8-1-ci maddələrində göstərilən məlumatlar istisna olmaqla) və 6.3.3-cü maddələrində göstərilən sənədlərin təqdim edilməsi yolu ilə dövlət qeydiyyatına alınır və həmin səhmlər yerləşdirilmiş hesab edilir.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: