İtaliyalı nazir Azərbaycanda yeni elektrik stansiyasının açılışında iştirak edəcək

A- A A+

İtaliya Respublikasının müəssisələr və "Made in Italy" məhsulları üzrə naziri Adolfo Urso Azərbaycanda rəsmi səfərdədir.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Report” diplomatik mənbəyə istinadən xəbər verir.

"Nazirin səfərinin məqsəd Mingəçevirdəki "Azərbaycan" İES ərazisində 1 280 MVt gücündə yeni kombinə edilmiş elektrik stansiyasının açılış mərasimində iştirak etməkdir", - mənbə bildirib.

Xatırladaq ki, "AzərEnerji"nin mütəxəssisləri İtaliya və Çində təlim keçiblər, xarici şirkətlərin nümayəndələri isə dəfələrlə Mingəçevirdəki obyekti ziyarət ediblər. Hazırda turbinlər, generatorlar və avtomatlaşdırılmış sistemlərin istismarı üzrə kadr hazırlığı davam edir.

Qeyd edək ki, bu, "Azərbaycan" İES ölkədə müstəqillik dövrünün ən böyük elektrik stansiyasıdır. O, həmçinin ölkənin bütün istilik elektrik stansiyaları arasında 1 kVt/saat elektrik enerjisi istehsalına minimum miqdarda qaz sərf edən ən qənaətcil stansiya olacaq.a

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: