DGK xətti ilə büdcə daxilolmaları 5% azalıb

A- A A+

2025-ci ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 3 milyard 91,1 milyon manat təşkil edib.

NUHÇIXAN Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, gömrük daxilolmaları proqnozdan 4,1 milyon manat və ya 0,1 faiz çox icra edilib.

Qeyd edək ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5% azdır.

Xatırladaq ki, bu il DGK xətti ilə büdcəyə 6,6 milyard manat vəsait köçürülməsi nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: