Xankəndi, Ağdərə və Xocalıya 45,5 milyon manata yaxın investisiya qoyulub

A- A A+

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında sahibkarlar üçün geniş imkanlar yaradılıb. Şəhər və rayonlardakı mövcud tikililər müraciətlər əsasında qanunvericiliyə uyğun olaraq sahibkarlara icarəyə verilir. İndiyədək Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 474 obyekt sahibkarlara icarəyə verilib. Bölgədə müxtəlif təyinatlı obyektlər fəaliyyətə başlayıb. Hazırkı dövrədək bu ərazilərə investorlar tərəfindən 45,5 milyon manata yaxın investisiya yatırılıb.

NUHÇIXAN xəbər verir ki, bunu diplomatik xidmət orqanları rəhbərlərinin “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda IX müşavirəsinin Xankəndi şəhərində keçirilən xüsusi sessiyasındakı çıxışında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib.

Onun sözlərinə görə, fəaliyyətə başlamış obyektlərdə 2 minə yaxın şəxs işlə təmin olunub. Mövcud müqavilələr üzrə digər obyektlər fəaliyyətə başladıqdan sonra iş yerlərinin sayı 5 minə çatacaq: “İqtisadi uğurların əldə edilməsində, dövlətin işğaldan azad edilmiş ərazilərdə tətbiq etdiyi güzəşt mexanizmləri də əhəmiyyətli rol oynayır. Təşviq mexanizmləri Qarabağın iqtisadiyyatının bərpası prosesinə yerli investorlarla yanaşı, xarici investorların da cəlb edilməsinə şərait yaradır. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə investisiya fəaliyyəti üçün yaradılmış əlverişli şərait və təşviq mexanizmləri barədə xarici investorların məlumatlandırılması istiqamətində xaricdəki diplomatik nümayəndəliklərlə birgə əməkdaşlığa da maraqlıyıq”.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: