2025-ci ilin yanvar-iyun aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 759 milyon 883 min 500 manat olub.
Bu barədə NUHÇIXAN-a Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib
Bildirilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 4,0 faiz artaraq 1612,0 manat olub.
Eyni zamanda bu ilin yanvar-iyun aylarında muxtar respublikada 255 milyon 127 min 400 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 9,1 faiz çoxdur. Sənaye məhsulunun 213 milyon 448 min 200 manatı və ya 83,7 faizi malların, 41 milyon 679 min 200 manatı və ya 16,3 faizi isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 79,2 faizi emal, 18,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.