Naxçıvanda bank əmanətləri 57,4 % artıb

A- A A+

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 57,4 faiz artaraq 2025-ci il iyun ayının 1-ə milli valyuta ekvivalentində 31 milyon 173 min manat təşkil edib.

Bu barədə NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əmanətlərin 93,5 faizi milli, 6,5 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 53,9 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 2,3 dəfə artıb.

Eyniu zamanda 2025-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 103 milyon 980 min 600 manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: