Naxçıvanın iqtisadiyyat naziri Türkiyənin Baş konsulu ilə görüşüb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyulun 16-da Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ilə Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya arasında görüş keçirilib. 

Naxçıvanda iqtisadi sahədə görülən işlər barədə qonağa məlumat verən nazir Kazım Hüseynəliyev iki qardaş ölkə arasında sözügedən sahədə ikitərəfli əməkdaşlığın ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirildiyini diqqətə çatdırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya iki ölkə arasında münasibətlərin, o cümlədən iqtisadi  sahədə əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib. 

Görüş zamanı, həmçinin, iqtisadi əlaqələrin inkişafı istiqamətində görülə biləcək işlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: