Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 109,9 % və yaxud 3 milyard 850,1 milyon manat icra olunub.
NUHÇIXAN bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,3 % və yaxud 802,5 milyon manat çoxdur.
Hesabat dövründə müdafiə və milli təhlükəsizlik xərcləri faktiki xərclərin 22,5 %-ni təşkil edib.