Bu ilin I yarısında Naxçıvan Muxtar Resoublikasında dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 358,7 min manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib.
Onun sözlərinə görə, yanvar-iyun aylarında dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 122 yeni müqavilə bağlanıb, 107 icarə müqaviləsinin müddəti uzadılıb.
Bundan başqa, nazir qeyd edib ki, 6 ay ərzində muxtar respublikada 55 dövlət əmlakı özəlləşdirilib, bundan büdcəyə 881,6 min manat vəsait daxil olub: "Bu dövrdə 24 hərrac keçirilib, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 % çoxdur. Eyni zamanda, 6 ayda 4 967 daşınmaz əmlak obyekti qeydiyyata alınıb ki, bu da 1 il əvvələ nisbətən 1 % çoxdur. Ümumilikdə, hesabat dövründə dövlət əmlakının icarəsindən və özəlləşdirilməsindən 1 milyon 240 min manat vəsait əldə edilib".
Həmçinin, onun sözlərinə görə, I yarımildə elektron qaydada daxil olan müraciətlərin sayı 1 il əvvələ nisbətən 7,3 % artaraq 3 135-ə çatıb.