Türkiyə Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinə 2,4 milyard avro cəlb edib

A- A A+

Türkiyənin Maliyyə və Xəzinədarlıq Nazirliyi Qars-İğdır-Aralıq-Dilucu (Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd əraziləri) dəmir yolu layihəsinə xarici mənbələrdən 2,4 milyard avro cəlb edib.

NUHÇIXAN xəbər verir ki, Yaponiyanın MUFG bankı başda olmaqla kreditorlar qrupu ilə Türkiyə Maliyyə və Xəzinədarlıq Nazirliyi arasında müvafiq razılaşma əldə olunub. Bu müqaviləyə İsveç və Avstriyanın kredit strukturları, o cümlədən EKN və OeKB, həmçinin İslam İnkişaf Bankının ayrı-ayrı bölmələri də qoşulub.

Qars və Naxçıvan arasında dəmir yolu layihəsi Türkiyə Nəqliyyat Nazirliyi yanında infrastruktur investisiyaları üzrə Baş idarənin xətti ilə həyata keçirilir. Onun məqsədi regionda nəqliyyat şəbəkələri və ticari əlaqələrin inkişafına töhfə verməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: