Vüsal Qasımlı: Martın 15-dək problemli krediti olanlara kompensasiyanın ödənilməsi ilə bağlı qaydalar təsdiqlənəcək

A- A A+

Martın 15-dək problemli krediti olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi ilə bağlı qaydalar təsdiq ediləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, daha sonra 1 ay müddətində - aprelin 15-dək isə problemli kreditlərinin həlli ilə bağlı Prezident İlham Əliyevin imzaladığı “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın əhatə dairəsinə düşən vətəndaşların siyahısı tam hazır olacaq: “Vətəndaşlara ödəniləcək kompensasiyanın məbləği də tam müəyənləşəcək və Maliyyə Bazarlarına Nəzarət Palatasının internet səhifəsində yerləşdiriləcək. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməklə ona düşəcək kompensasiyanın məbləğini öyrənə biləcək”.

“Hər bir kəs banka dəvət olunacaq. Mayın sonunadək bütün kompensasiyalar tam ödəniləcək. Amma heç bir halda vətəndaşlar banklara ödənişləri dayandırmamalıdır”, - deyə Vüsal Qasımlı əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: