Nazir: Türkiyə Zəngəzur dəhlizi ilə bağlı məsələyə töhfə verməyə çalışır

A- A A+

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı məsələyə töhfə verməyə çalışır.

NUHÇIXAN Türkiyənin "Akşam" qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan bu məsələ ətrafında lazımi müzakirələri davam etdirir: "Güman edirəm ki, bu məsələ çox uzun çəkmədən həllini tapacaq. Beləliklə,Türk dünyasına daha qısa yol açılacaq".

Nazir söyləyib ki, nəqliyyat dəhlizləri Türkiyə üçün vacibdir: "Azərbaycan həm quru, həm də dəmiryolu ilə bağlı işlərini davam etdirir. Biz də Qars-Iğdır-Naxçıvan xətti ilə bağlı işlərə bu il başlayırıq".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: