“Azərbaycan Dəmir Yolları” QSC (ADY) iyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 32 faiz daha çox sərnişin daşıyıb.
ADY-dən NUHÇIXAN-a bildirilib ki, bu ilin 6 aylıq göstəriciləri isə ötən ilin müvafiq dövrünün göstəricilərini 21 faiz üstələyib.