Bu ilin 6 ayı ərzində muxtar respublika üzrə 85 milyon manat məbləğində dotasiya icra olunub - FOTOLAR

A- A A+

2025-ci ilin ilk yarısında (yanvar-iyun ayları) Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya məbləğində ciddi azalma müşahidə olunub.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin rəsmi sosial şəbəkə hesablarında paylaşdığı məlumata əsasən, cari ilin 6 ayı ərzində Muxtar Respublika üzrə cəmi 85 milyon manat məbləğində dotasiya icra olunub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 43,3%, 2024-cü ilin plan göstəriciləri ilə müqayisədə isə 37,7% azalma deməkdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk 6 ayı üzrə dotasiya icrası 150 milyon manat, plan isə 168 milyon manat təşkil etmişdi.

Əvvəlki illərlə müqayisədə də azalma tendensiyası davam edir. 2022 və 2023-cü illərdə illik dotasiya icrası müvafiq olaraq 425 milyon manat və 315 milyon manat olmuşdu.

Həmçinin 2025-ci ilin yanvar-iyun aylarını əhatə edən 6 aylıq dövr ərzində Naxçıvan Muxtar Respublikasında dövlət rüsumu üzrə büdcə gəlirlərinin icrasında artım qeydə alınıb. Bu dövrdə planlaşdırılmış 3 milyon 395 min 700 manat rüsum gəlirinə qarşılıq 3 milyon 534 min 975 manat faktiki gəlir əldə olunub.

Beləliklə, dövlət rüsumları üzrə icra faizi 104,1% təşkil edərək plan göstəricisi tam yerinə yetirilib və 1,1% artım qeydə alınıb. Bu artım 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə müəyyən edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: