NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Sahibkarlığın İnkişafı Fonduna öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 1 avqust 2024-cü il tarixə 5,8 milyon manatdan 2025-ci il 1 avqust tarixinə 2,7 milyon manat və ya 46,6 faiz azalaraq 3,1 milyon manata endirilib.