Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 297,6 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub.
Bu barədə NUHÇIXAN-a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur.
5 ay ərzində muxtar respublikanın sənaye sektorunda 246,7 milyon manatlıq mal istehsal olunub, 50,9 milyon manatlıq xidmət göstərilib.
Sənaye məhsulunun 0,1 %-i mədənçıxarma, 77,9 %-i emal, 19,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.