İqtisadi fəal əhalinin sayı açıqlanıb

A- A A+

2025-ci il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5355,4 min nəfər olub, onlardan 5074,2 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, cari il iyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1770,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 864,2 min nəfər, qeyri-dövlət sektorunda isə 906,6 min nəfər olub. İqtisadiyyatın neft-qaz sektorunda 31,2 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1739,6 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,7 faizi emal sənayesində, 6,7 faizi tikintidə, 2,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,8 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,9 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi İnformasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

2025-ci ilin II rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 4551 nəfər olub. Onlardan 40,5 faizi tikintidə, 9,1 faizi emal sənayesində, 8,3 faizi mədənçıxarma sənayesində, 7,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 4,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi və 24,6 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

2025-ci ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 140,9 saat təşkil edib.

2025-ci il avqust ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 231,3 min nəfər olub, onların 49,7 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 437,1 manat olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: