Bu ilin iyul ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (82,58 MB/S) görə iyun ayına nisbətən 2 pillə irəliləyərək 153 ölkə arasında 81-ci olub.
NUHÇIXAN “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (40,65 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 2 dəfə artıb.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (386,96 MB/S), axırıncı yeri isə Suriya (3,29 MB/S) tutub.
Azərbaycan iyulda mobil internetin sürətinə görə isə iyun ayına nisbətən 1 pillə geriləyərək 74,76 MB/S sürətlə 104 ölkə arasında 56-cı olub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (584,97 MB/S), sonuncu yeri isə Boliviya (14,7 MB/S) tutub.
Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 3 pillə irəliləyərək 198 şəhər arasında 83,27 MB/S sürətlə 112-ci yerdə qərarlaşıb.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (353,22 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,73 MB/S) qərarlaşıb.
Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 4 pillə irəliləyərək 93,16 MB/S sürətlə 148 şəhər arasında 83-cü olub.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (Qətər) (581,31 MB/S), sonuncu yeri La Paz (Boliviya) (11,12 MB/S) tutub.