Ölkədə milli məkan standartları qəbul edilib

A- A A+

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 19107:2025 “Coğrafi informasiya — Məkan sxemi”, AZS ISO 19110:2025 “Coğrafi informasiya Kataloqlaşdırma xüsusiyyəti üçün metodologiya”, AZS ISO 19111:2025 “Coğrafi informasiya — Koordinatlar üzrə istinad”, AZS ISO 19115-1:2025 “Coğrafi informasiya – Metaməlumatlar – Hissə 1 – Baza məlumatları”, AZS ISO 19143:2025 “Coğrafi informasiya — Filtr kodlaşdırması” yeni dövlət standartları qəbul edilib.

AZSTAND-dan NUHÇIXAN-a bildirilib ki, sözügedən dövlət standartları coğrafi məlumatların toplanması, saxlanması, mübadiləsi, idarə edilməsi, modelləşdirilməsi, vizuallaşdırılması, kodlaşdırılması və təqdim olunması, eləcə də zamanla əlaqəli dəyişikliklərin izlənilməsi prosesləri haqqında qaydaları müəyyən edir.

Yeni dövlət standartlarının tətbiqi ilə müxtəlif qurumlar arasında məlumatların vahid texniki platforma üzərindən istifadəsi, məkan məlumatlarına şəffaf və asan çıxış, habelə rəqəmsal hökumət və rəqəmsal iqtisadiyyat təşəbbüslərinin həyata keçirilməsi imkanları genişlənəcək.

Qeyd edək ki, yeni dövlət standartları “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: