Azərbaycandan xarici bazarlara pomidor ixracı 22,8 faiz artıb

A- A A+

Azərbaycandan xarici bazarlara pomidor ixracında ciddi artım müşahidə olunur.

Kənd Təsərrüfatı Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, bu ilin yanvar-iyul aylarında ölkəmizdən 143,577.7 ton pomidor ixrac edilib. Pomidor ixracının ümumi dəyəri 157 milyon dollara yaxındır.

Bu ilin ilk 7 ayı ərzində pomidor ixracında həcm olaraq 22,8 faiz, dəyər olaraq 12,4 faiz artım qeydə alınıb.

Xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracı davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: