Naxçıvanda əməyin mühafizəsi üzrə maarifləndirmə tədbiri keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikasında “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş yerlərinin attestasiyası, icbari sığorta” mövzusunda maarifləndirmə təlimi təşkil olunub. Təlim Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının birgə təşkilatçılığı ilə keçirilib.

Xidmətdən NUHÇIXAN-a daxil olan məlumata görə, görüş zamanı xidmətin və mərkəzin əməkdaşları təqdimatlarla çıxış edərək iştirakçılara işçilərin əməyinin mühafizəsi, onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı ətraflı məlumat veriblər. Təlimdə, həmçinin müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqi, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Maarifləndirmə təlimində 1 müəssisənin 25 nəfər əməkdaşı iştirak edib. Görüş çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: