Yaşıl enerji dəhlizi haqqında Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında razılaşma sənədinin imzalanması strateji xarakter daşıyır

A- A A+

Yaşıl enerji dəhlizinin yaradılması haqqında Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında razılaşma sənədinin imzalanması strateji xarakter daşıyır və ölkələrin iqtisadi inkişafına güclü təkan verir.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Özbəkistanın Energetika Nazirliyinin ekoloji diplomatiya və “yaşıl iqtisadi layihələr” şöbəsinin mütəxəssisi Furkat Kurbonov bildirib.

Onun sözlərin görə, Özbəkistanda alternativ enerji mənbələrinin elektrik enerjisi istehsalı üçün böyük potensialı var.

“Belə ki, 2025-ci ilin sonuna kimi 3,5 qigavat enerji istehsal etmək gücünə malik külək və Günəş elektrik stansiyalarının istismara verilməsi planlaşdırılıb. Özbəkistan hökuməti 2030-cu ilə kimi ölkədə istehsal olunan elektrik enerjisinin 54 faizini alternativ enerji mənbələrindən əldə etməyi qarşıya məqsəd qoyub. Yerli və xarici sərmayədarlar Özbəkistanın enerji sektoruna 25 milyard dollar həcmində sərmayə yatırıblar. 2024-cü ildə Özbəkistanda inşa edilən Günəş və külək elektrik stansiyaları 4 milyard 860 milyon kilovat-saat elektrik enerjisi istehsal ediblər. Azərbaycan, Özbəkistan və Qazaxıstanın arasında “Green Corridor” (Yaşıl Dəhliz) yaratmaq barədə razılıq sənədinin imzalaması iqtisadi, enerji, geosiyasi və regional əməkdaşlıq üçün olduqca əhəmiyyətlidir. Özbəkistan bu dəhliz vasitəsilə Avropanın enerji bazarına çıxmaq şansı əldə edir”, - deyə Furkat Kurbonov vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: