İndiyədək Naxçıvan Muxtar Respublikasında istehlakçılara 3,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb
NUHÇIXAN-ın məlumatına görə, bu ilin yanvar–avqust aylarında muxtar respublikada istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 26 % artaraq 1,1 milyon manatdan çox olub.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Bu ilin yanvar–avqust aylarında Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 317 milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,2 % çoxdur.