Azərbaycanın informasiya və rabitə sektoruna investisiya qoyuluşu 35 %-dən çox azalıb

A- A A+

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 211 milyon manat investisiya qoyulub.

NUHÇIXAN Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,4 % azdır.

Təkcə avqustda sektora investisiya qoyuluşu 36,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,2 % çoxdur.

Hesabat dövründə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun 1,8 %-i informasiya və rabitə sektorunun payına düşüb.

Xatırladaq ki, 2024-cü ildə sektora investisiya qoyuluşu 630,4 milyon manat olub. Bu, 2023-cü illə müqayisədə 59,5 % çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: