Naxçıvanda 8 ayda sahibkarlara 30 lisenziya verilib

A- A A+

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzləri vasitəsilə sahibkarlara 30 lisenziya verib.

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, həmin lisenziyaların hesabına dövlət büdcəsinə 29 705 manat vəsait ödənilib.

8 ayda yerli qurumların verdiyi 5 846 icazə reyestrdə qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Son 1 ildə icazələrdən daxilolmaların məbləği isə 57,4 % artaraq 135 573 manat olub. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: