Naxçıvanda mənşə sertifikatlarının verilməsi 21 %-ə yaxın artıb

A- A A+

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 317 mənşə sertifikatı verilib.

NUHÇIXAN xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % çoxdur.

Mənşə sertifikatlarının 64 %-i tikinti, 15,8 %-i mineral sular, 1,6 %-i meyvə-tərəvəz və tütün məmulatları, 18,6 %-i digər məhsulların ixracı üçün təqdim olunub.

8 ayda yerli Sertifikatlaşdırma və Metrologiya Mərkəzi 6 488 ədəd ölçmə vasitəsini yoxlayıb ki, bu da 1 il əvvələ nisbətən 77,7 % çoxdur. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: