Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib.
NUHÇIXAN şirkətin rəsmi saytına istinadla xəbər verir ki, sentybarın 13-də Aktau limanından Bakı-Tbilisi-Ceyhan istiqamətində 8,8 min ton Kaşaqan nefti yüklənərək göndərilib ki, növbəti yüklənmə sentyabrın 20-ə planlaşdırılır.
Xatırladaq ki, bu ilin avqust ayında Qazxıstan neftinin Bakı-Tbilisi-Ceyhan istiqamətində nəql dayandırılmışdı.
Bu ilin 8 ayı ərzində BTC istiqamətinə nəql olunan Qazaxıstan neftinin həcmi 0,9 milyon ton təşkil edib.
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə Qazaxıstanın KMG şirkəti arasında neftinin tranziti barədə saziş 2022-ci ildə imzalanıb. 2024-cü ildə isə KMG və SOCAR Azərbaycan ərazisindən keçməklə neft tranzitinin mərhələli şəkildə artırılması barədə razılığa gəliblər.