Azərbaycan Ümumdünya Poçt İttifaqının İnzibati Şurası və Poçt Əməliyyatları Şurasının üzvü seçilib

A- A A+

Ümumdünya Poçt İttifaqının Konqresinin 28-ci sessiyası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş seçkilərdə Azərbaycan təşkilatın İnzibati Şurasının və Poçt Əməliyyatları Şurasının 2026-2029-cu illər üzrə üzvlüklərinə seçilib.

NUHÇIXAN-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, seçkilər yüksək rəqabət şəraitində baş tutub.

Təşkilatın İnzibati Şurasının 2026-2029-cu illər üzrə üzvlüyünə seçkilərdə 5 vakant yer uğrunda Azərbaycanla birgə 9 namizəd ölkə mübarizə aparıb. Poçt Əməliyyatları Şurasının 2026-2029-cu illər üzrə üzvlüyünə seçkilərdə 6 vakant yer üzrə ümumilikdə 10 namizəd ölkə arasında seçim edilib. Azərbaycan səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin dəstəyini təmin edərək Ümumdünya Poçt İttifaqının hər iki strukturuna üzv seçilib.

Poçt İttifaqının qeyd edilən strukturlarında təmsil olunmaq ölkəmizin növbəti diplomatik uğuru olmaqla yanaşı, beynəlxalq müstəvidə poçt siyasətinin formalaşdırılmasına təsir etmə, müasir poçt innovasiyalarına çıxış, qabiliyyət quruculuğu və texniki dəstək kimi sahələrdə qərarvermədə iştirak kimi əhəmiyyətli imkanlar yaradır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: