Asip Kaya: Naxçıvan Azərbaycanla Türkiyə arasında önəmli ticarət qapısıdır

A- A A+

Naxçıvan Azərbaycanla Türkiyə arasında önəmli ticarət qapısıdır.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulu Asip Kaya jurnalistlərə açıqlamasında Naxçıvanın həm iqtisadi, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıdığını bildirib.

Diplomat deyib ki, Naxçıvan Türkiyənin Azərbaycanla quru sərhədinə sahib yeganə bölgəsidir və bu səbəbdən yükdaşımaların həcmi kifayət qədər böyükdür.

O qeyd edib ki, Türkiyədən gələn TIR-lar Naxçıvandan İrana, oradan isə Orta Asiyaya keçir:

"Naxçıvan bizim üçün ticarət baxımından olduqca önəmlidir, Türkiyənin Azərbaycanla qapısıdır. Son dövrlərdə Türkiyə şirkətlərinin bura marağı artıb, bir çox iş adamımız görüşlər keçirir. Xüsusən də tekstil sahəsində önəmli sərmayənin reallaşması gözlənilir".

Baş Konsul, həmçinin Mədən Texniki Axtarış İnstitutunun Naxçıvanda həyata keçirdiyi geoloji tədqiqatların uğurlu nəticələr verdiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda muxtar respublikanın mədən xəritəsinin hazırlanması istiqamətində işlər görülür və ilkin nəticələr çox ümidvericidir.

Diplomat əlavə edib ki, Türkiyədən 300 minə yaxın sazan balığının gətirilərək Heydər Əliyev su anbarı və Uzunoba gölünə buraxılması da nəzərdə tutulur.

A.Kaya mədəni əlaqələrin inkişafına da xüsusi önəm verildiyini diqqətə çatdırıb.

"Teatr qruplarının və digər mədəniyyət kollektivlərinin qarşılıqlı səfərləri bizim üçün çox vacibdir. Bu istiqamətdə mühüm addımlar atmışıq və gələcəkdə də davam etdirəcəyik. Əgər mədəni sahədə əlaqələri gücləndirsək, bu, siyasi, iqtisadi və ticarət münasibətlərimizə də müsbət təsir göstərəcək", - konsul söyləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: