Serbiyanın Milli Assambleyası ilə ticarət, investisiya, enerji sahələrində əməkdaşlıq müzakirə edilib - FOTOLAR

A- A A+

İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb.

Nazirlikdən NUHÇIXAN-a bildirilib ki, görüşdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin və imzalanan sənədlərin Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Serbiya ilə iqtisadi sahədə əməkdaşlığın geniş potensiala malik olduğu bildirilib, müxtəlif iqtisadi istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsinin önəmi diqqətə çatdırılıb. Serbiya şirkətlərinin ölkəmizdə reallaşdırılan iqtisadi layihələrdə iştirak imkanları diqqətə çatdırılıb.

Görüşdə iqtisadi sahədə birgə təşəbbüslərin önəmi qeyd olunub, ticarət, investisiya, biznes, enerji və digər sahələrdə işbirliyinin səmərəliliyinin artırılması məsələləri müzakirə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: