Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub

A- A A+

Cari ilin yanvar-avqust aylarında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (210,7 milyon dollar) birinci olub.

NUHÇIXAN İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadla bildirir ki, bu siyahıda pomidor (tomat) (157,2 milyon dollar) ikinci, pambıq lifi (124,7 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

Bu ilin avqust ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında şaftalı (33 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (32 milyon dollar) ikinci, pambıq lifi (16,6 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

Cari ilin səkkiz ayında Rusiya Federasiyasına 814,1 milyon dollar, Türkiyəyə 394,5 milyon dollar, İsveçrəyə 220,2 milyon dollar, Gürcüstana 216,4 milyon dollar, Ukraynaya isə 131,8 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Avqust ayında Rusiya Federasiyasına 97,4 milyon dollar, Türkiyəyə 54,8 milyon dollar, İsveçrəyə 33,6 milyon dollar, Gürcüstana 32,9 milyon dollar, Ukraynaya isə 21,9 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: