İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən indiyədək ölkə ərazisində 108 min 631 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.
Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Bu ilin yanvar-sentyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 126 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,3 milyard manat, yaxud 12,7 faiz çoxdur.