Dövlət Xidməti: Ötən ay 43 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb

A- A A+

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) həyata keçirdiyi audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 1019 informasiya resursunda təhlükəsizlik boşluqları müəyyən edilib və onların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq bildirişlər göndərilib.

Dövlət Xidmətindən NUHÇIXAN-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 63 faiz çoxdur.

Sentyabr ayında 43 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da ötən ilə nisbətən 45 faiz azdır.

Qeyd edək ki, ötən il dövlət qurumlarının ümumilikdə 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanmışdı. Bu isə əvvəlki illə müqayisədə 23 faiz çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: