Bu il oktyabrın 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda 53 min 139 vergi ödəyicisi olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 % çoxdur.
Vergi ödəyicilərinin 94,7 %-i fiziki şəxslər, 5,3 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fərdi sahibkarların sayı 8,2 %, şirkətlərin sayı isə 5,4 % artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 % artaraq 1 701 vahid olub. 9 ayda kommersiya qurumlarının 87,1 %-i elektron, 12,9 %-i kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.