Naxçıvanda vergi daxilolmaları 16 %-dən çox artıb

A- A A+

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 183,3 milyon manat vergi daxil olub.

NUHÇIXAN bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 16,3 % çoxdur.

Hesabat dövründə ödənilən vergilərin 69,9 %-i qeyri-dövlət sektorunun, 30,1 %-i isə dövlət sektorunun payına düşüb.

Qeyri-dövlət sektorundan daxilolmalar 128,2 milyon manat təşkil edib. 2024-cü ilin 9 ayına nisbətən bu sektordan vergi daxilolmaları 23,5 % çox olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: