Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin 105 illik yubileyi qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, oktyabrın 10-da Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 105 illiyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə Nazirlik əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Maliyyə Nazirliyində keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov Nazirliyin yaranma tarixi və keçdiyi inkişaf yolu barədə danışıb. Nazir qeyd edib ki, Naxçıvan İnqilab Komitəsinin 1920-ci il oktyabrın 10-da qəbul etdiyi qərarla yaradılan Maliyyə Şöbəsi muxtar respublikada maliyyə sisteminin formalaşmasının əsasını qoyub. Daha sonra müxtəlif adlarla fəaliyyət göstərən qurum Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2001-ci il mayın 1-də imzaladığı Fərmanla Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi adlandırılıb.

Həsən İsmayılov çıxışında bildirib ki, ötən illər ərzində Nazirlik muxtar respublikada dövlət maliyyə sisteminin təşkili, büdcə siyasətinin həyata keçirilməsi, maliyyə intizamının möhkəmləndirilməsi və iqtisadi sabitliyin təmin olunması istiqamətində mühüm nailiyyətlər qazanıb.

Maliyyə Nazirliyinin bütün əməkdaşlarını 105 illik yubiley münasibətilə təbrik edən Nazir dövlət maliyyə sisteminin dayanıqlı inkişafında göstərdikləri səmərəli fəaliyyətlərində əməkdaşlara uğurlar arzulayıb. O vurğulayıb ki, maliyyə intizamı inkişafın ən güclü dayağıdır və bu prinsip əsasında Nazirliyin fəaliyyəti bundan sonra da qətiyyətlə davam etdiriləcək.

Sonra nazir müavini Elvin Əlimərdanov da çıxış edərək Maliyyə Nazirliyinin kollektivini yubiley münasibətilə təbrik edib, maliyyə sisteminin səmərəli idarə olunmasında əməkdaşların xidmətlərini yüksək qiymətləndirib.

Tədbir qurumda uzun illər çalışan əməkdaşların Nazirliyin keçdiyi inkişaf yoluna, kollektivdə formalaşan əməkdaşlıq ruhuna və peşəkar təcrübələrinə dair çıxışları ilə davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: