Əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq bu il sentyabr ayının 1-nə milli valyuta ekvivalentində 15 milyard 460,6 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, əmanətlərin 67,9 faizi milli, 32,1 faizi xarici valyutada qoyulub, milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz, xarici valyutada olan əmanətlərin məbləği isə 3,1 faiz artıb.