Cari ilin yanvar-sentyabr ayları üzrə respublikada 20,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,17 faiz azalma deməkdir.
Energetika Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, hasilatın 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,4 milyon tona yaxın təşkil edib.
Bu dövrdə 17,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub ki, bu da ötən illə müqayisədə 2,8 faiz azdır. Bunun 14,9 milyon tonu konsorsiumların, 2,1 milyon tonu SOCAR-ın, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Qeyd edək ki, bu ilin 9 ayında xam neft hasilatı orta hesabla gündəlik 62 min ton (458 min barel), kondensat hasilatı 13,7 min ton (112 min barel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,7 min ton (570 min barel) olub.
Hesabat dövründə neftin emalı 8 faiz azalaraq 4,6 milyon ton təşkil edib.