“İqtisadi artım üzrə Alt İşçi qrupu”nun iclası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, oktyabrın 15-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Naxçıvan Muxtar Respublikası üzrə  yaradılmış  “İqtisadi artım üzrə Alt İşçi qrupu”nun iclası keçirilib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, Alt İşçi qrupun rəhbəri Kazım Hüseynəliyevin iştirakı ilə keçirilən iclasda İşçi qrupun üzvləri iştirak ediblər.

İqtisadiyyat naziri, Alt İşçi qrupun rəhbəri Kazım Hüseynəliyev çıxış edərək “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Naxçıvan Muxtar Respublikası üzrə  yaradılmış  “İqtisadi artım üzrə Alt İşçi qrupu”nun öz fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb. Nazir sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi məqsədilə Naxçıvanda iqtisadi artımın təşviqi istiqamətində həyata keçiriləcək tədbirlərin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

İclas çərçivəsində 2027–2030-cu illərdə muxtar respublikada iqtisadi artım sahəsində həyata keçirilməsi planlaşdırılan tədbirlər, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər müzakirə olunub.

İclas zamanı İşçi Qrupunun üzvləri tərəfindən sözügedən istiqamətlər üzrə təkliflər və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, müzakirələrin növbəti iclasda davam etdirilməsinə dair razılıq əldə olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: