Azərbaycanda ödənişli xidmətlərin ümumi dəyəri 9 % artıb

A- A A+

Bu ilin yanvar-sentaybr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 10 milyard 563,1 milyon manat olub.

NUHÇIXAN bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,1 % çoxdur.

9 ayda hüquqi şəxslər əhaliyə 7 milyard 942,9 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 %-ni təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 1 031,6 manatlıq və yaxud ötən ilin 9 ayına nisbətən nominal ifadədə 142,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: